...

"Gürcüstanda yaşayan milli azlıqların mədəni irsi" mövzusunda "dəyirmi masa" keçirilib

Siyasət Materials 18 May 2011 17:01 (UTC +04:00)
Gürcüstan xalq müdafiəçisi yanında fəaliyyət göstərən Milli Azlıqlar Şurası "Gürcüstanda yaşayan milli azlıqların mədəni irsi" mövzusunda "dəyirmi masa" keçirib.
"Gürcüstanda yaşayan milli azlıqların mədəni irsi" mövzusunda "dəyirmi masa" keçirilib

Gürcüstan, Tbilisi, 18 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan xalq müdafiəçisi yanında fəaliyyət göstərən Milli Azlıqlar Şurası "Gürcüstanda yaşayan milli azlıqların mədəni irsi" mövzusunda "dəyirmi masa" keçirib.

Trend-in məlumatına görə, görüşdə ombudsmanın müavini Tata Xunsariya, BMT-nin İnkişaf Proqramının nümayəndəsi Natia Nasvelaşvili, Milli azlıqların məsələləri üzrə Avropa Mərkəzi, Gürcüstanın Mədəniyyət və Abidələrin Qorunması Nazirliyi, Mədəni İrsin Qorunması üzrə Mill Agentliyin, reinteqrasiya üzrə dövlət naziri aparatının nümayəndələri və Mill Azlıqlar Şurasının üzvləri iştirak edib.

Mill Azlıqlar Şurasının üzvləri rus, azərbaycanlı, yəhudi və erməni icmalarının mədəni irsinin qorunması haqqında məruzə ilə çıxış edblər. Məruzələr əsasən milli azlıqların mədəni irs abidələrinə Gürcüstanın milli mədəni irs abidəsi statusunun verilməsi və onların müdafiəsi, bərpası, reabilitasiyası və konservləşdirilməsinə aid olub.

"Dəyirmi masa" BMT-nin İnkişaf Proqramının və Milli azlıqların məsələləri üzrə Avropa Mərkəzinin dəstəyi ilə keçirilib.

Xəbər lenti

Xəbər lenti