...

Prezident İlham Əliyev İordaniya Kralına təbrik məktubu ünvanlayıb

Siyasət Materials 24 May 2011 18:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın Müstəqillik Günü münasibətilə bu ölkənin Kralı II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Prezident İlham Əliyev İordaniya Kralına təbrik məktubu ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın Müstəqillik Günü münasibətilə bu ölkənin Kralı II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

"Əlahəzrət, Əziz qardaşım, Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-İordaniya dövlətlərarası münasibətlərinin, xalqlarımız və ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, səadət, işlərinizdə uğurlar, qardaş İordaniya xalqına sülh və firavanlıq diləyirəm", - təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti