...

Azərbaycanın xarici işlər nazirinin Gürcüstana rəsmi səfəri başlayır

Siyasət Materials 13 İyun 2011 09:12 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazirinin Gürcüstana rəsmi səfəri başlayır/
Azərbaycanın xarici işlər nazirinin Gürcüstana rəsmi səfəri başlayır

Gürcüstan, Tbilisi, 13 iyun /Trend, müxbir N. Kirtsxalia/

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Gürcüstana rəsmi səfəri başlayır. Trend-ə Gurcüstan parlamentindən verilən məlumata görə, Məmmədyarov Gürcüstan parlamentinin sədri David Bakradze ilə görüşəcək.

Nazir həmçinin öz gürcü həmkarı Qriqol Vaşadze ilə görüş keçirəcək.

Məmmədyarovun Gürcüstan prezidenti Mixeil Saakaşvili ilə görüşü gözlənilir.

Gürcüstan parlamentinin mətbuat xidmətində qeyd ediblər ki, görüşlərdə ikitərəfli münasibətlərin intensifikasiyasına və regional iqtisadi layihələrin reallaşmasına dair suallar müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti