...

Azərbaycanın vitse-spikeri: Demokratiya, insan haqları sahəsində ABŞ-da da görüləsi işlər var

Siyasət Materials 17 İyun 2011 11:09 (UTC +04:00)
Demokratiya, insan haqları, onların qorunması sahəsində ABŞ-da da görüləsi işlər var. Bunu cümə günü ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Tomas Melianın açıqlamasına münasibət bildirərkən Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
Azərbaycanın vitse-spikeri: Demokratiya, insan haqları sahəsində ABŞ-da da görüləsi işlər var

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir T.Hacıyev/

Demokratiya, insan haqları, onların qorunması sahəsində ABŞ-da da görüləsi işlər var. Bunu cümə günü ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Tomas Melianın açıqlamasına münasibət bildirərkən Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

"Demokratiya, insan haqları, onların qorunması bütün dünya ölkələrində, o cümlədən ABŞ-da, Azərbaycanda yekunlaşmış məsələ deyil. Bu bir prosesdir, sonu yoxdur. Nə qədər ki, cəmiyyət var, nə qədər ki, inkişaf var, bu sahədə işlər görmək lazımdır", - Muradova deyib.

Bakıda səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Tomas Melia cümə axşamı jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti daha yaxşı ola bilər və olmalıdır.

Xəbər lenti

Xəbər lenti