...

Bakı şəhərində müasir İdman-Konsert Kompleksi inşa ediləcək

Siyasət Materials 7 İyul 2011 18:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi haqqında sərəncam imzalayıb.
Bakı şəhərində müasir İdman-Konsert Kompleksi inşa ediləcək

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamda qeyd olunur ki, Bakı şəhərində beynəlxalq standartlara cavab verən müasir İdman-Konsert Kompleksi inşa edilsin; kompleksin layihələndirilmə və tikinti işlərində sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilsin.

Əmlak Məsələləri Dövlət Komitəsinə Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə kompleksin yaradılması üçün torpaq sahəsinin müəyyən edilməsini və ayrılmasını təmin etmək; kompleksin tikintisi üçün müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilmiş podratçı ilə birbaşa müqavilənin bağlanmasını, eləcə də peşəkar beynəlxalq məsləhətçi cəlb edilməklə müqavilənin icrası ilə bağlı layihə idarəetməsini həyata keçirmək tapşırılıb.

Nazirlər Kabinetinə isə kompleksin tikintisinin maliyyələşdirilməsi ilə bağlı bir ay müddətində müvafiq tədbirlər görmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti