...

Əfqanıstan Prezidentinin qardaşı öz evində güllələnib - DİN

Siyasət Materials 12 İyul 2011 14:14 (UTC +04:00)
Əfqanıstan Prezidentinin qardaşı Əhməd Vəli Kərzai altıncı polis şöbəsinin nəzarət etdiyi sahədə yerləşən evində güllələnib.
Əfqanıstan Prezidentinin qardaşı öz evində güllələnib - DİN

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir D.Xatınoğlu/

Əfqanıstan Prezidentinin qardaşı Əhməd Vəli Kərzai altıncı polis şöbəsinin nəzarət etdiyi sahədə yerləşən evində güllələnib. Bu barədə Trend-ə Kabildən telefonla DİN-in mətbiat katibinin müavini Nəcib Nikzad məlumat verib.

Onun sözlərinə görə, polislər evi və yaxınlıqdakı ərazini mühasirəyə alıblar və qatilin kimliyini göstərə biləcək dəlillləri axtarır. "Lakin hələlik cinayətkar barədə heç bir məlumat yoxdur", - Nikzad əlavə edib.

Bir az əvvəl "əl-Cəzirə" telekanalı Qəndəhar əyalətinin qubernatoruna istinadən məlumat vermişdi ki, Əhməd Vəli Kərzai bu gün Əfqanıstanın Qəndəhar əyalətində öldürülüb.

Əfqanıstan Prezidenti Administrasiyası Əhməd Vəli Kərzainin öldürülməsi ilə bağlı iş üzrə araşdırmalara başlayıb. Bu barədə telefonla Trend-ə Kabildən Prezident Administrasiyasının rəsmisi Siyamək Həravi məlumat verib.

Əhməd Vəli Kərzai dəfələrlə Qərb KİV-ləri tərəfindən narkotiklərin istehsalı və daşınmasında, eləcə də Şərqi Əfqanıstan əyalətlərindəki narkomafiya ilə əlaqədə günahlandırılıb.

Bundan əvvəl Vəli Kərzaiyə qarşı bir neçə dəfə sui-qəsd təşkil olunsa da, o heç vaxt xəsarət almayıb.

Xəbər lenti

Xəbər lenti