...

Polşanın Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Siyasət Materials 25 İyul 2011 02:35 (UTC +04:00)
Polşa Respublikasının Prezidenti Bronislav Komorovski iyulun 25-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib
Polşanın Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Polşa Respublikasının Prezidenti Bronislav Komorovski bazar ertəsi Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Polşa Respublikasının Prezidenti Bronislav Komorovskini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Bronislav Komorovski və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

Xəbər lenti

Xəbər lenti