...

Yuliya Timoşenko həbs edildi

Siyasət Materials 5 Avqust 2011 19:33 (UTC +04:00)
Ukrayna müxalifətinin lideri, keçmiş Baş nazir Yuliya Timoşenko həbs edilib.
Yuliya Timoşenko həbs edildi

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Ukrayna müxalifətinin lideri, keçmiş Baş nazir Yuliya Timoşenko həbs edilib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

Keçmiş Baş naziri Kiyevin Peçer Məhkəməsinin binasından qandalsız çıxarıblar. Milisin xüsusi bölməsinin 100-ə yaxın əməkdaşı Timoşenkonu aparan maşının məhkəmənin həyətindən maneəsiz çıxa bilməsi üçün canlı dəhliz düzəldib.

Maşın Bessarabiya meydanına tərəf piyada sürəti ilə milisin tam əhatəsində hərəkət edib.

Timoşenkonun onlarla tərəfdarı məhkəmənin binasına daxil olmaq və çıxışları bağlamaq üçün uğursuz cəhddən sonra yol kənarı ilə gedərək "Quldur dəstəsi rədd olsun!" və "Yuliya! Yuliya!" qışqırıblar, bəzi deputatlar milisi küçə söyüşləri ilə təhqir ediblər.

Hazırda məhkəmə binası yaxınlığında mitinq keçirilir.

Xəbər lenti

Xəbər lenti