...

İlham Əliyev Sinqapurun Prezidentini təbrik edib

Siyasət Materials 8 Avqust 2011 18:29 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Sinqapurun Prezidenti Sellapan Ramanatana təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Sinqapurun Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Sinqapurun Prezidenti Sellapan Ramanatana təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident, Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram. Ümidvaram ki, Azərbaycan ilə Sinqapur arasında təşəkkül tapmış münasibətlər daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına sülh və rifah arzulayıram" İlham Əliyev təbrik məktubunda deyib.

Xəbər lenti

Xəbər lenti