...

Rusiya Müdafiə Nazirliyi raket əleyhinə sistemi bərpa edir

Siyasət Materials 11 Avqust 2011 13:52 (UTC +04:00)
2011-ci ilin dekabrında Rusiyanın Kosmik Qoşunları raketlərin buraxılması barədə əvvəlcədən xəbər verən sistemə daxil olan iki yeni "Voronej-DM" stansiyası alacaq.
Rusiya Müdafiə Nazirliyi raket əleyhinə sistemi bərpa edir

Azərbaycan, Bakı, 11 avqust /Trend/

2011-ci ilin dekabrında Rusiyanın Kosmik Qoşunları raketlərin buraxılması barədə əvvəlcədən xəbər verən sistemə daxil olan iki yeni "Voronej-DM" stansiyası alacaq. Onlardan biri Armavirdə, digəri isə Kalininqradda işə düşəcək və məhz bu stansiya Avropa raket əleyhinə müdafiə sisteminin işə salınacağı halda Rusiyanın nüvə paritetini təmin edəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "İzvestiya" qəzeti yazıb. 2012-ci ildə analoji obyekt İrkutsk vilayətində istismara veriləcək.

"Yeni RLS-in vəzifəsi digər ölkələrdən buraxılan raketlərin aşkarlanması olacaq. Bu stansiyaların köməyi ilə Rusiya öz sərhədləri ətrafında hava məkanı üzərində nəzarəti tam bərpa edəcək", - İTAR-TASS yazır.

Azərbaycan, Belarus, İkrayna və Qazaxıstandakı sovet dövrünün RLS-lərindən fərli olaraq, yeni stansiyalar Rusiya ərazisində yerləşəcək. Bundan başqa, bu stansiyalar 40 faiz az elektrik enerjisi sərf edir və 4,5 min kilometr məsafədə havada nə baş verdiyini görə bilir.

"Armavirdə tikilən ikinci stansiya Azərbaycandakı Qəbələ RLS-in imkanlarını tamamlamalıdır. Gələn il İrkutsk vilayətində belə obyekt istismara veriləcək. O, Çindən ABŞ-ın qərb sahilinədək olan məsafəni "vura" biləcək. Bundan sonra hesab etmək olar ki, biz raket hücumu haqqında xəbərdarlıq sisteminin radiolokasiya sahəsini tam bərpa etmişik", - Kosmik Qoşunlardan qeyd ediblər.

Bu yaxınlarda Qəbələ RLS-də olan Rusiyanın müdafiə naziri bildirib ki, hərbi rəhbərlik qonşu respubliklarda yerləşən sovet stansiyalarından hələ ki imtina etmək fikrində deyil.

"Hələ ki hər şey olduğu kimi qalır. Stansiyanın heç birindən imtina etmirik və imtina etməyi də planlaşdırmırıq", - Serdyukov bildirib.

Bu arada, hərbiçilər deyirlər ki, hələ ki Arktikaya nəzarət etmək mümkün deyil.

Xəbər lenti

Xəbər lenti