...

Moldovada Heydər Əliyev adına stadion tikiləcək

Siyasət Materials 18 Avqust 2011 11:41 (UTC +04:00)
Qaqauziyanın (Moldova Respublikası tərkibində yerləşən muxtar respublika) böyüklüyünə görə ikinci olan Çadır-Lunqa şəhərində ölkənin cənubunda ən iri idman kompleksi tikiləcək. Bu kompleksə Azərbaycanın eks-prezidenti Heydər Əliyevin adı veriləcək.

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Qaqauziyanın (Moldova Respublikası tərkibində yerləşən muxtar respublika) böyüklüyünə görə ikinci olan Çadır-Lunqa şəhərində ölkənin cənubunda ən iri idman kompleksi tikiləcək. Bu kompleksə Azərbaycanın eks-prezidenti, ümummilli lider Heydər Əliyevin adı veriləcək. Trend-in məlumatına görə, bu barədə muxtariyyətin rəhbəri Mixail Formuzal məlumat verib.

Ukrainform-un müxbirinin verdiyi məlumata görə, 16 hektarlıq ərazidə yerləşəcək kompleksin layihəsinə 7 min yerlik qapalı stadion, üzgüçülük hovuzu, bir neçə idman tikilisi, eləcə də 200 yerlik müasir mehmanxana daxildir.

Tikinti Azərbaycandan olan sərmayədarlar qrupu tərəfindən həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti