Azərbaycan, Bakı, 27 avqust /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Felipe Kalderon İnoxosaya başsağlığı məktubu ünvanlayıb.
"Monterrey şəhərində baş vermiş faciə nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram", - Prezident məktubda qeyd edib.