Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/
Bu gün Polşanın Krınitsa-Zdruy şəhərində "Avropa dilemması: tərəfdaşlıq yoxsa rəqabət" mövzusunda XXI İqtisadi Forum öz işinə başlayır.
Varşavanın Şərq Araşdırmaları İnstitutunun təşkil etdiyi forumda Azərbaycanın nümayəndə heyəti də iştirak edir.
Rusiyanın nümayəndə heyətinin tərkibinə Trend-in Ekspert Şurasının üzvü, "Vestnik Kafkaza" AİA-nın baş redaktoru Aleksey Vlasov da daxildir.
Onun sözlərinə görə, Cənubi Qafqaz mövzusu forumda bir neçə dəfə qaldırılacaq.
"Avropa siyasətində regionun rolu əhəmiyyətli dərəcədə artıb, risklər də qaçılmaz şəkildə artır. Rusiya, Aİ və regional oyunçular yeni zamanın təhdidlərinə ümumi səylərlə adekvat cavab tapmalıdırlar", - Vlasov bildirib.
Ekspertin fikrincə, müzakirələrin əsas mövzusu sosial və enerji təhlükəsizliyi, eləcə də Aİ-nin ümumi aqrar siyasəti, Aİ ölkələrində korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə məsələləri olacaq.