...

2001-ci il 11 sentyabr terror hücumunun ildönümü ABŞ-ın Bakıdakı səfirliyində qeyd olunub

Siyasət Materials 11 Sentyabr 2011 22:22 (UTC +04:00)
2001-ci ilin sentyabrın 11-də Nyu-York və Vaşinqtonda törədilmiş terror hücumunun ildönümünə həsr olunmuş Milli Xidmət günü bazar günü ABŞ-ın Azərbaycandakı səfirliyində qeyd olunub.
2001-ci il 11 sentyabr terror hücumunun ildönümü ABŞ-ın Bakıdakı səfirliyində qeyd olunub

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir V.Javoronkova/

2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda törədilmiş terror hücumunun ildönümünə həsr olunmuş Milli Xidmət günü bazar günü ABŞ-ın Azərbaycandakı səfirliyində qeyd olunub.

Tədbirdə səfirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri, ABŞ vətəndaşları, həmçinin Amerikada Təhsil Almış Azərbaycanlı Məzunlar Assosiasiyasının üzvləri də iştirak ediblər.

"Bu gün, 11 sentyabr - Milli Xidmət günü amerikalılara və digər xalqlara həlak olanlara və sağ qalanlara ehtiram bildirmək üçün imkan verir. Bu gün Azərbaycan və ABŞ-ın birliyini əks etdirən ruh hiss olunur. Buna görə ABŞ Azərbaycana son dərəcədə minnətdardır", - ABŞ səfiri Metyu Brayza tədbirdə deyib.

Sentyabrın 11-də "əl-Qaidə" terrorçularınun ABŞ-a qarşı həyata keçirdikləri irimiqyaslı terror aktından tam 10 il ötür. Bundan sonra ABŞ qlobal terrora qarşı müharibə elan edib.

Brayza əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli dövlət katibi Klinton və ABŞ höküməti üçün əsas prioritet olaraq qalır və problemin ədalətli həllinə nail olmaq məqsədilə ATƏT-in Minsk qrupunun vasitəçilik etdiyi danışıqlarda irəliləyiş görünür.

"Faciədən sonra çıxarılan müsbət nəticələrin biri o olub ki, bütün dünyada dostlarımız bizə nə qədər əhəmiyyətli dəstək göstərib. Azərbaycan ən tez reaksiya verən dostlarımızın biri olub. Mən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ABŞ-a tam dəstək göstərdiyini, o cümlədən hava məkanından istifadəyə icazə verməsini heç vaxt unutmayacağam. Azərbaycanla ABŞ arasında əməkdaşlıq indiyə kimi davam edir və gündən-günə inkişaf edir", - səfir bildirib.

Xəbər lenti

Xəbər lenti