...

Azərbaycanla Pakistanın hərbi əməkdaşlığı müzakirə olunub

Siyasət Materials 13 Sentyabr 2011 12:26 (UTC +04:00)
Azərbaycanla Pakistanın hərbi sahədə əməkdaşlığı müzakirə olunub.
Azərbaycanla Pakistanın hərbi əməkdaşlığı müzakirə olunub

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Azərbaycanla Pakistanın hərbi sahədə əməkdaşlığı müzakirə olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 13-də müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarı qəbul edib.

Ölkəmizə yeni təyin olunan səfiri bu münasibətlə təbrik edən Əbiyev Azərbaycanla Pakistanın müxtəlif sahələrdə sıx əlaqələrini diqqətə çatdırıb.

O qeyd edib ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olan Pakistanla əməkdaşlıq bu gün də yüksək səviyyədə davam edir.

Nazirin sözlərinə görə, ölkələr arasında hərbi sahədə əməkdaşlıqda da uğurlar əldə edilib.

Görüş zamanı regionda vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb. Pakistanın səfiri dövlətinin mövqeyini ifadə edərək bildirib ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistanla heç bir əlaqəyə malik deyillər.

Xəbər lenti

Xəbər lenti