...

Ombudsman ABŞ-ın Azərbaycandakı səfirini qəbul edib

Siyasət Materials 16 Sentyabr 2011 15:41 (UTC +04:00)
Azərbaycan ombudsmanı ABŞ-ın Azərbaycandakı səfirini qəbul edib.
Ombudsman ABŞ-ın Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı ABŞ-ın Azərbaycandakı səfirini qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova səfir Metyu Brayzanı onun xahişi ilə qəbul edib.

Görüşdə ombudsman qonağın təmsil etdiyi səfirliklə insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

Gələcək əməkdaşlığın prioritetlərinin müəyyənləşdirməsi məqsədi daşıyan görüşdə səfir Brayza ölkəmizdə dinamik inkişaf proseslərinin getdiyini diqqətə çatdırıb.

O, böyük təcrübəyə malik olan Azərbaycan ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyət göstərdiyini bildirib.

Diplomat həbsdə olan Eynulla Fətullayevin bu yaxınlarda əfv olunaraq azadlığa buraxılmasını müsbət dəyərləndirib.

Səfir həbs olunmuş Bəxtiyar Hacıyevin, Cabbar Savalanlının və başqalarının hüquqlarının təmini vəziyyətinin monitorinqi, həmçinin vətəndaşların mülkiyyət hüquqlarının müdafiəsi istiqamətində ombudsmanın həyata keçirdiyi fəaliyyətlə maraqlanıb, onun sualları ətraflı cavablandırılıb.

Müvəkkil dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini vurğulayıb və qurumun gördüyü işlər barədə məlumat verib.

Görüşdə ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasi işlər üzrə müşaviri xanım Brigette Buchet də iştirak edib.

Xəbər lenti

Xəbər lenti