...

Roland Kobia: Azərbaycanla Avropa İttifaqı arasında fəaliyyət planının vacib hissəsi korrupsiyaya qarşı mübarizə ilə bağlıdır

Siyasət Materials 19 Sentyabr 2011 12:56 (UTC +04:00)
Azərbaycanla Avropa İttifaqı arasında fəaliyyət planının vacib hissəsi korrupsiyaya qarşı mübarizə ilə bağlıdır.
Roland Kobia: Azərbaycanla Avropa İttifaqı arasında fəaliyyət planının vacib hissəsi korrupsiyaya qarşı mübarizə ilə bağlıdır

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanla Avropa İttifaqı arasında fəaliyyət planının vacib hissəsi korrupsiyaya qarşı mübarizə ilə bağlıdır. Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia Litvanın Xüsusi İstintaq Xidməti ilə birgə həyata keçirilən "Azərbaycan Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəstək" layihəsinin başa çatması münasibətilə keçirilən tədbirdə deyib.

"Bu layihə korrupsiya ilə mübarizədə öz töhfəsini verəcək. Korrupsiya hər ölkədə var, sadəcə olaraq onun səviyyəsi fərqlidir. Son illərdə korrupsiyanın ölkəyə, vətəndaşlara, şirkətlərə zərər verdiyini görürük. Problem odur ki, korrupsiya və rüşvətxorluğun heç bir sərhədi yoxdur, hər ölkədə böyük mənfi fəsadlar ortaya çıxarır. Yaxın Şərqdəki hadisələr bunu sübut etdi", - Kobia bildirib.

Onun sözlərinə görə, korrupsiya ölkə üçün çox ciddi fəsadlar yaradır, inflyasiyaya səbəb olur və ölkələrin iqtisadi-siyasi stabilliyinə təsir göstərir.

Layihə haqqında danışarkən Kobia qeyd edib ki, bu layihəyə xüsusilə qanunvericiliyin təkmilləşdirilməsi daxildir. O, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində bir çox müsbət nailiyyətlər əldə olunduğunu da bildirib.

Xəbər lenti

Xəbər lenti