...

İlham Əliyev Estoniyanın sabiq Prezidentini qəbul edib

Siyasət Materials 24 Sentyabr 2011 19:31 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şənbə günü Estoniya Respublikasının sabiq Prezidenti Arnold Ruuteli qəbul edib.
İlham Əliyev Estoniyanın sabiq Prezidentini qəbul edib

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şənbə günü Estoniya Respublikasının sabiq Prezidenti Arnold Ruuteli qəbul edib.

Sabiq Prezident Arnold Ruutel Azərbaycan ilə Estoniya arasında uzun müddət yaxşı əlaqələrin olduğunu vurğuladı. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan qonaq bunun ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı baxımından önəmini qeyd etdi. O, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş beynəlxalq tədbirin yüksək səviyyədə təşkil edildiyini bildirdi. Arnold Ruutel dünyanın müxtəlif ölkələrini, eyni zamanda, Avropa Parlamentini təmsil edən nümayəndə heyətlərinin tədbirdə iştirakını Azərbaycanın son 20 ildə əldə etdiyi nailiyyətlərlə yaxından tanış olmaq baxımından əhəmiyyətli olduğunu dedi. Estoniyalı qonaq Azərbaycanın əldə etdiyi nailiyyətləri bir çox ölkələr üçün yaxşı nümunə kimi qiymətləndirdi.

Dövlətimizin başçısı Estoniya Respublikasının sabiq Prezidenti Arnold Ruutelin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı Bakıda keçirilən beynəlxalq tədbirdə iştirakından məmnunluğunu bildirdi. Prezident İlham Əliyev bu tədbirin parlamentlərarası əlaqələrin genişləndirilməsi işinə xidmət etdiyini dedi. Azərbaycan ilə Estoniya arasında münasibətlərin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev Estoniyaya səfərini xatırlayaraq bu səfərin uğurlu olduğunu vurğuladı.

Xəbər lenti

Xəbər lenti