...

"Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi" kitabının macar dilində tərcüməsinin təqdimatı keçirilib

Siyasət Materials 26 Sentyabr 2011 21:12 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyində Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyevin "Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi" kitabının macar dilində tərcüməsinin təqdimatı keçirilib.
"Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi" kitabının macar dilində tərcüməsinin təqdimatı keçirilib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Macarıstandakı səfirliyində Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyevin "Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi" kitabının macar dilində tərcüməsinin təqdimatı keçirilib. Tədbirdə Macarıstanın dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri, tanınmış alimlər, hüquqşünaslar, diplomatik korpus və KİV nümayəndələri iştirak ediblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbiri açan Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə Macarıstan ictimaiyyətinin məlumatlandırılması baxımından macar dilində qeyd edilən kitabın nəşri olduqca vacib hadisə və təbliğat sahəsində atılan növbəti mühüm addımdır.

Daha sonra kitabın müəllifi Namiq Əliyev çıxış edib. O, öz çıxışında kitabın məzmunu, Ermənistan-Azərbaycan münaqişəsi, onun tarixi və hazırkı durumu, habelə mümkün tənzimləmə yolları barədə iştirakçılara məlumat verib.

Həmçinin, tədbirdə Macarıstan parlamentinin beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Marton Dyöndöşi, Macarıstan XİN-in keçmiş dövlət katibi, BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar qətnamələrin qəbul edildiyi dövrdə Macarıstanın BMT-də daimi nümayəndəsi səfir Andre Ördöş, Moldovanın Budapeştdəki səfiri A.Kodreanu, AzərTAc-ın Almaniya müxbiri Vüqar Seyidov çıxış ediblər. Çıxış edənlər Ermənistanı Azərbaycana qarşı təcavüzə son qoymağa çağırıb, münaqişənin həlli istiqamətində beynəlxalq birlik tərəfindən daha qətiyyətli addımların atılmasının zəruriliyini vurğulayıblar.

Tədbirin sonunda kitabın müəllifi səfiri Namiq Əliyev iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Xəbər lenti

Xəbər lenti