...

Almaniya Bundestaqı Azərbaycan Milli Məclisi ilə müzakirələr aparıb

Siyasət Materials 7 Oktyabr 2011 16:27 (UTC +04:00)
Almaniya Bundestaqı Azərbaycan Milli Məclisi ilə müzakirələr aparıb. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Almaniya parlamentinin hakim partiyadan olan üzvü Ştefen Lemme bildirib.
Almaniya Bundestaqı Azərbaycan Milli Məclisi ilə müzakirələr aparıb

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir M.Əliyev/

Almaniya Bundestaqı Azərbaycan Milli Məclisi ilə müzakirələr aparıb. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Almaniya parlamentinin hakim partiyadan olan üzvü Ştefen Lemme bildirib.

Bundestaq üzvü deyib ki, müzakirələr parlamentlərarası əlaqələrin gücləndirilməsinə yönəlib.

Lemme Azərbaycan və Almaniya parlamentlərarası dostluq qruplarının mövcud olduğunu qeyd edərək bildirib ki, həmin qrupların işinin intensivləşməsinə ehtiyac var.

Almaniyalı deputat həmçinin ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim tanıdığını qeyd edib. "İndiyədək Almaniya Bundestaqında Dağlıq Qarabağla bağlı bir sıra sənədlər qəbul olunub. Almaniya bu mövzuda fəallıq göstərir", - Bundestaqın üzvü deyib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi istənilən halda ölkələrin ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır və burada Azərbaycanın ərazi bütövlüyünün pozulması yolverilməzdir.

Xəbər lenti

Xəbər lenti