...

Polşanın Azərbaycandakı səfirliyində parlament seçkilərə səsvermə keçirilir

Siyasət Materials 9 Oktyabr 2011 09:22 (UTC +04:00)
Bazar günü Azərbaycanda Polşa parlament seçkiləri günündə bu ölkənin səfirliyində səsvermə başlandı.
Polşanın Azərbaycandakı səfirliyində parlament seçkilərə səsvermə keçirilir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, S. Ağayeva/

Bazar günü Azərbaycanda Polşa parlament seçkiləri günündə bu ölkənin səfirliyində səsvermə başlandı.

Dipmissiya Trend-ə bildirdiyi kimi, 22 nömrəli seçki məntəqəsi 7.00-də açıldı.

Seçki siyahısına Azərbaycanın ərazisində müvəqqəti olan Polşanın 38 vətəndaşı daxil edilmişdir. Bunu Trend-ə Azərbaycanda Polşanın konsulu Miroslav Visnievski (Miroslaw Wisniewski) cümə günü deyib.

Seymə (Polşa parlamentinin aşağı palatası) və Senata (yuxarı palata) seçkilər 9 oktyabrda keçirilir.

Səsvermə yerli vaxt ilə saat 21:00-ə qədər keçəcək.

Seçkilərin gedişatında Seymin (460 deputat) və Senatın (100 deputat) tərkibi yenilənəcək.

Xəbər lenti

Xəbər lenti