...

İlham Əliyev Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəli qəbul edib

Siyasət Materials 10 Oktyabr 2011 16:37 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəli qəbul edib
İlham Əliyev Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəli qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəli qəbul edib.

Trend-in məlumatına görə, görüşdə ulu öndər Heydər Əliyev ilə Süleyman Dəmirəlin keçirdiyi görüşlər, onların arasında olan dostluq münasibətləri məmnunluqla xatırlandı, Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulandı, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də daim möhkəmlənəcəyinə əminlik ifadə olundu.

Dövlətimizin başçısı dəvəti qəbul edib Beynəlxalq Humanitar Forumda iştirak etdiyinə görə Türkiyənin IX Prezidentinə minnətdarlığını bildirdi.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəlin şərəfinə nahar verildi.

Xəbər lenti

Xəbər lenti