...

Azərbaycan və Türkiyə arasında siyasi əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 17 Oktyabr 2011 14:40 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında siyasi əməkdaşlığın perspektivləri müzakirə olunub.
Azərbaycan və Türkiyə arasında siyasi əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və Türkiyə arasında siyasi əməkdaşlığın perspektivləri müzakirə olunub.

Trend-in Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər nazirinin müşaviri Fatih Ceylanla görüşüb.

Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, dünyada və regionda baş verən proseslər barədə fikir mübadiləsi aparılıb, regionda həyata keçirilən enerji layihələri müzakirə edilib.

Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə aparılan danışıqların hazırkı durumuna dair məlumat verib.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti