...

İordaniya Kralı hökumətin istefasını qəbul edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 17 Oktyabr 2011 17:28 (UTC +04:00)
İordaniya Kralı II Abdullah bazar ertəsi Maruf Bahit hökumətinin istefasını qəbul edib. Bu barədə Trend "əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verir.

Təfərrüatlar əlavə edilib (ilk xəbər saat 16:07-də yayılıb)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir A.Tağıyeva/

İordaniya Kralı II Abdullah bazar ertəsi Maruf Bahit hökumətinin istefasını qəbul edib. Bu barədə Trend "əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verir.

Kral yeni hökuməti formalaşdırmağı əvvəl hakim işləyən Əun əl-Həsəvinə tapşırıb.

Hökumətin buraxılmasının səbəbi İordaniyanın sabiq baş naziri Maruf Bahit kabinetinin tənqid edilməsi olub.

Yanvarın sonunda İordaniyada hökumətin iqtisadi siyasəti və qiymət artımına qarşı kütləvi nümayişlər keçirilib. Bundan sonra Kral II Abdullah hökuməti buraxmış və Maruf Bahiti yeni Baş nazir təyin etmişdi.

Həmin vaxt islamçı müxalifətin nümayəndələri Kralın seçimini tənqid edərək bildirmişdilər ki, Bahit islahatçı deyil.

Xəbər lenti

Xəbər lenti