Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan Parlamentinin deputatı Qənirə Paşayeva oktyabrın 19-da Bolqarıstanın paytaxtı Sofiya şəhərinə gedəcək.
Milli Məclisin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildirilib ki, Paşayeva oktyabrın 23-də Bolqarıstanda keçiriləcək prezident seçkilərini AŞPA-nın xətti ilə müşahidəçi qismində izləyəcək.
Millət vəkili səfər çərçivəsində ATƏT-in Bolqarıstandakı müşahidə missiyasının və bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvləri, Bolqarıstan Mərkəzi Seçki Komissiyasının sədri, Ali İnzibati Məhkəmənin baş katibi ilə görüşəcək.
Səfər oktyabrın 24-də başa çatacaq.