...

Əli Həsənov: Azərbaycanın müstəqil mətbuatı formalaşıb və bir ictimai institut kimi mövcuddur (FOTO)

Siyasət Materials 19 Oktyabr 2011 13:25 (UTC +04:00)
Azərbaycan mediası 20 il ərzində ölkənin digər sahələri ilə birlikdə inkişaf edib. Trend-in məlumatına görə, bunu çərşənbə günü Gəncədə "Dövlət müstəqilliyimiz və media" mövzusunda keçirilən konfransda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Əli Həsənov: Azərbaycanın müstəqil mətbuatı formalaşıb və bir ictimai institut kimi mövcuddur (FOTO)

Azərbaycan, Gəncə, 19 oktyabr /Trend, müxbir A.Hacıyev/

Azərbaycan mediası 20 il ərzində ölkənin digər sahələri ilə birlikdə inkişaf edib. Trend-in məlumatına görə, bunu çərşənbə günü Gəncədə "Dövlət müstəqilliyimiz və media" mövzusunda keçirilən konfransda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisinin sözlərinə görə, bu illər ərzində Azərbaycanın müstəqil mətbuatı formalaşıb və bir ictimai institut kimi mövcuddur. Həsənovun sözlərinə görə, bu institutun özünütənzimləmə mexanizmi yaranıb.

Azərbaycan jurnalistlərinin seçkili orqanlarının formalaşdığını deyən Həsənovun sözlərinə görə, sevindirici haldır ki, dövlət mətbuat üzərindən bütün tənzimləmə mexanizmini götürüb.

Həsənovun sözlərinə görə, hazırkı medianın təməlini sovet dönəmində təhsil alan jurnalistlər qurub.

PA rəsmisi çıxışında təəssüflə qeyd edib ki, Azərbaycanda jurnalist adından sui-istifadə edən, qanunlara hörmət etməyən, mətbuat əxlaqı olmayan jurnalistlər də var.

Həsənovun sözlərinə görə, belə jurnalistlərə qarşı tək dövlət deyil, media təşkilatları da mübarizə aparırlar.

Xəbər lenti

Xəbər lenti