...

Azərbaycan Prezidenti Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Siyasət Materials 26 Oktyabr 2011 19:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətlə dövlətimizin başçısını təbrik edib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti