Azərbaycan, Bakı, 28 oktyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"nin 3.2-ci bəndi (Fondun idarə olunan vəsaiti investisiya reytinqli banklarda və aktivlərdə yerləşdirilir) ləğv edilsin.