...

Fərhad Abdullayev: Konstitusiyanın qəbulundan sonra Azərbaycan 200-dən çox beynəlxalq müqaviləyə tərəfdar çıxıb

Siyasət Materials 12 Noyabr 2011 11:37 (UTC +04:00)
Konstitusiyanın qəbul edilməsindən keçən müddət ərzində Azərbaycan 200-dən çox beynəlxalq müqaviləyə tərəfdar çıxıb.
Fərhad Abdullayev: Konstitusiyanın qəbulundan sonra Azərbaycan 200-dən çox beynəlxalq müqaviləyə tərəfdar çıxıb

Azərbaycan, Bakı, 12 noyabr / Trend müxbir M.Əliyev/

Konstitusiyanın qəbul edilməsindən keçən müddət ərzində Azərbaycan 200-dən çox beynəlxalq müqaviləyə tərəfdar çıxıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 12 noyabr Konstitusiya günü ilə əlaqədar "Respublika" qəzetinə verdiyi müsahibədə bildirib.

Azərbaycan Respublikasının Konstitusuyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunub.

"Konstitusiyanın qəbul edilməsindən keçən müddət ərzində Azərbaycanda habelə qanunvericilik sahəsində mühüm islahatlar aparılıb, nəticədə hüquq sisteminin müxtəlif sahələrini tənzimləyən zəruri normativ baza formalaşıb", - Abdullayev bildirib.

Sədr qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyənləşdirən, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideya və dəyərlər geniş şəkildə öz əksini tapıb.

"Konstitusiyada dövlət hakimiyyətinin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, hakimiyyətlərin bölünməsi prinsipinə ciddi riayət olunması, insan və vətəndaş hüquqları və azadlıqlarının təmin olunmasının Azərbaycan dövlətinin ali məqsədi bəyan edilməsi, siyasi sistemdə plüralizmə təminat verilməsi, beynəlxalq hüququn Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla, milli qanunvericilik üzərində üstünlüyü təsbit edilib", - Abdullayev deyib.

O bildirib ki, Azərbaycan Konstitusiyası hər hansı abstrakt maraqlara deyil, məhz vətəndaşların mənafelərinə xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir.

Xəbər lenti

Xəbər lenti