...

Seyfülislam Qəddafi həbs edildi (FOTO)

Siyasət Materials 19 Noyabr 2011 15:22 (UTC +04:00)
Liviyada ölkənin keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafi həbs edilib. Trend-in məlumatına görə, bu barədə şənbə "Əl-Cəzirə" telekanalı məlumat verib
Seyfülislam Qəddafi həbs edildi (FOTO)

Azərbaycan, Bakı, 19 noyabr / Trend /

Liviyada ölkənin keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafi həbs edilib. Trend-in məlumatına görə, bu barədə şənbə "Əl-Cəzirə" telekanalı məlumat verib.

Liviya Milli Keçid Şurasının (MKŞ) ədliyyə naziri bildirib ki, Seyfülislam ədalət məhkəməsi qarşısında cavab verəcək.

Onunla birlikdə daha iki nəfər həbs olunub. Həmin şəxslərin adları çəkilmir.

Hazırda onları Tripoliyə aparırlar.

MKŞ-nin rəsmi nümayəndəsinin sözlərinə görə, Müəmmər Qəddafinin oğlu Haaqa tribunalına verilməyəcək. O, Liviyada mühakimə olunacaq.

Həbsin detalları barədə hələ ki məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti