...

Leyla Əliyeva: İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Gənc İş Adamları Şəbəkəsinin yaradılması gənclərin sahibkarlıq fəaliyyətində yeni imkanlar açacaq (FOTO)

Siyasət Materials 22 Noyabr 2011 15:12 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin Gənc İş Adamları Şəbəkəsinin yaradılması İslam ölkələri gənclərinin sahibkarlıq fəaliyyətində yeni imkanlar açacaq.
Leyla Əliyeva: İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Gənc İş Adamları Şəbəkəsinin yaradılması gənclərin sahibkarlıq fəaliyyətində yeni imkanlar açacaq (FOTO)

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir İ.İsabalayeva/

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin Gənc İş Adamları Şəbəkəsinin yaradılması İslam ölkələri gənclərinin sahibkarlıq fəaliyyətində yeni imkanlar açacaq. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı İƏT üzvü olan ölkələrin Gənc İş Adamları Şəbəkəsinin təsis qurultayında Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyeva deyib.

Əliyeva bildirib ki, bu şəbəkə davamlı, dayanıqlı inkişaf üçün bir platforma olmalıdır.

"Bütün cəmiyyətlərdə təbii resurslardan istifadə olunması, enerji mənbələrinin işlənməsi məsələləri də nəzərə alınmalıdır. Bununla yanaşı, ətraf mühitin qorunması məsələləri nəzərdən keçirilməlidir", - Leyla Əliyeva deyib.

Onun sözlərinə görə, gənc sahibkarlar yeni iş yerlərinin açılmasında böyük rol oynayırlar.

Bakıda Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) və Azərbaycan hökumətinin təşkilatçılığı ilə "İslam Əməkdaşlıq Təşkilatı Ölkələri - Gənc İş Adamları Şəbəkəsi"nin (İƏT GİAŞ) təsis qurultayı öz işinə başlayıb.

Tədbirin açılış mərasimində DƏİKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyeva, DƏİKGF-nin baş katibi Elşad İsgəndərov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura təbrik nitqi ilə çıxış ediblər.

Mərasimdə, həmçinin İƏT-in baş katibi Ekmələddin İhsanoğlunun təbrik məktubu oxunub.

Qurultayın açılış mərasimində DƏİKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə İƏT ölkələrinin işgüzar gənclərinin həvəsləndirilməsinə yönəlmiş "Dünyanı dəyişə biləcək 10 gənc müsəlman" mükafatının təqdimatı keçirilib. Mükafatlar biznes, incəsənət, idman və ətraf mühitin qorunması sahələrində mühüm uğurlar əldə etmiş yaşı 30-a qədər olan 10 müsəlman gəncə verilib.

Qurultay sabah başa çatacaq.

Xəbər lenti

Xəbər lenti