Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir T.Cəfərov /
Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin görüşü yanvarın 17-də Naxçıvanda keçiriləcək. Bu barədə Trend-ə çərşənbə günü diplomatik mənbələrdən məlumat verilib.
XİN rəhbərlərinin görüşünün tarixi noyabrın 29-da İranda üç ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən üçtərəfli iqtisadi komitənin iclasında razılaşdırılıb.
Azərbaycanı bu görüşdə XİN rəhbərinin müavini Xələf Xələfov təmsil edib.
Xələf Xələfov, İranın xarici işlər nazirinin müavini Məhəmməd Əli Fətullahi və Türkiyə XİN rəhbərinin müavini Mehmet Gücük ticarət, sənaye, investisiyalar, nəqliyyat, rabitə, energetika, elm və texnika, turizm və mədəniyyət sahələrində üçtərəfli əməkdaşlığın intensivləşdirilməsi məsələlərini müzakirə ediblər.