...

Moldovada Heydər Əliyevin xatirəsi anılıb

Siyasət Materials 12 Dekabr 2011 18:55 (UTC +04:00)
Moldovada Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin vəfatının 8-ci ildönümü anılıb.
Moldovada Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Moldovada Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin vəfatının 8-ci ildönümü anılıb.

Azərbaycanın Moldovadakı səfirliyində Moldova Azərbaycanlıları Konqresi (MAK) ilə birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünə əklil qoyulub. Bu barədə bazar ertəsi Trend-ə səfirlikdən məlumat verilib.

Dekabrın 9-da Beynəlxalq Azad Universitetinın konfrans zalında Azərbaycan və Rusiyanın Moldovadakı səfirliklərinin təşəbbüsü ilə rejissor Vaqif Mustafayevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəalliyyətinə həsr edilmiş "Xüsusi təyinat" filminin təqdimatı olub.

Səfir Namiq Əliyev çıxış edərək filmin təqdimatında iştiraka görə Moldovanın eks-prezidenti Petr Luçinskiyə və Moldova Prezidenti Admisnitrasiyasının rəhbəri A.Popeskuya təşəkürünü bildirib. Səfir Heydər Əlieyin müstəqil Azərbaycanın təşəkkül tapmasındakı rolundan və sovet dövründə tutduğu vəzifələrdəki fəaliyyəti barədə danışıb.

Eks-prezident Petr Luçinski tədbir iştirakçıları ilə Heydər Əliyev barədə xatirələrini bölüşüb. Rusiyanın Moldovadakı səfiri Valeri Kuzmin isə öz çıxşında Heydər Əliyevin Rusiya və Azərbaycan arasında dostluq münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoymasında rolundan bəhs edib.

Filmin təqdimat mərasimində Moldovanın siyasi, dövlət və ictimai xadimləri, Kişinyovda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, MAK-ın üzvləri, KİV nümayəndələri, Azərbaycanın "Mədəniyyət" kanalının baş direktoru Cəmil Quliyev, kanalın baş rejissoru Yusif Quliyev iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti