...

Əli Həsənov: Azərbaycanın bəzi müxalifət qüvvələri dünyada baş verən proseslərin təsiri ilə hərəkət etmək yolunu tutub

Siyasət Materials 21 Dekabr 2011 10:03 (UTC +04:00)
Azərbaycanın bəzi müxalifət qüvvələri xalqın iradəsinə söykənmək deyil, dünyada baş verən proseslərin təsiri ilə hərəkət etmək yolunu tutub.
Əli Həsənov: Azərbaycanın bəzi müxalifət qüvvələri dünyada baş verən proseslərin təsiri ilə hərəkət etmək yolunu tutub

Azərbaycan, Bakı, 21 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycanın bəzi müxalifət qüvvələri xalqın iradəsinə söykənmək deyil, dünyada baş verən proseslərin təsiri ilə hərəkət etmək yolunu tutub. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Biz bunu son 3 ildə Qırğızıstanda, Liviyada, Tunisdə, Misirdə və digər ölkələrdə yaşanan proseslərdən sonra Azərbaycan müxalifətinin hərəkətlərində hiss edirik", - Həsənov deyib.

PA rəsmisi qeyd edib ki, Azərbaycanda hər hansı şəkildə uğur əldə etmək üçün mütləq xalqın iradəsinə söykənmək lazımdır.

"Əgər bu iradəyə cavab vermirlərsə, onların istənilən arzusu, istənilən planları məhvə məhkumdur. Ona görə də biz heç zaman Azərbaycanın xaricində baş verən hadisələrlə Azərbaycanın daxilindəki prosesləri eyniləşdirmirik. Onlar arasında əlaqə axtarmırıq, çünki heç bir əlaqə yoxdur. Məsələn Qazaxıstanda hansısa kiçik bir münaqişənin olmasının, yaxud da Rusiyada daxili ictimai-siyasi proseslərdə yaşanan hansısa halların Azərbaycana nə aidiyyəti var?", - Həsənov deyib.

Onun sözlərinə görə, hər bir ölkənin öz daxili tənzimləmə mexanizmi var və bu, hakimiyyət-xalq münasibətidir.

"Əgər xalqın iradəsinə söykənən hakimiyyət onun ictimai, iqtisadi ehtiyacını, istək və arzularını ifadə edirsə, o hakimiyyət möhkəmdir, sabitdir. Belə cəmiyyətdə kiminsə ara qarışdırma cəhdləri məhvə məhkumdur. Bu gün Azərbaycanda iqtidarla xalq arasında yekdillik var. İqtidar Azərbaycan xalqının iradəsinə söykənir", - o deyib.

Xəbər lenti

Xəbər lenti