Azərbaycan, Bakı, 23 dekabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, "Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında" Azərbaycan Prezidentinin 2010-сu il 8 sentyabr tarixli sərəncamının 1-ci hissəsi ilə müəyyən edilmiş aylıq müavinətin məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılsın.
Prezident İlham Əliyev, həmçinin, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün aylıq məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 165 (yüz altmış beş) manat məbləğində müəyyən edilsin.
Azərbaycan Prezidenti İlham Əliyev "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Prezidentinin 2008-ci il 09 sentyabr tarixli fərmanının 1-ci hissəsi ilə müəyyən edilmiş təqaüdünün aylıq məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılsın.
Nazirlər Kabinetinə bu sərəncam və fərmanlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.