...

Baş Qərargahın sabiq rəisi məhkəmənin qərarı olmadan təqsirli elan edilə bilməz - Türkiyə Prezidenti

Siyasət Materials 6 Yanvar 2012 14:40 (UTC +04:00)
Dünən həbs edilən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi İlkər Başbuğ məhkəmənin müvafiq qərarı olmadan təqsirli elan edilə bilməz.
Baş Qərargahın sabiq rəisi məhkəmənin qərarı olmadan təqsirli elan edilə bilməz - Türkiyə Prezidenti

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir A.Tağıyeva/

Dünən həbs edilən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi İlkər Başbuğ məhkəmənin müvafiq qərarı olmadan təqsirli elan edilə bilməz. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bunu cümə günü Türkiyə Prezidenti Abdullah Gül deyib.

"Hamı məhkəmə qarşısında bərabərdir", - Gül qeyd edib.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi İlker Başbuğ dünən məhkəmə zalından birbaşa həbsxanaya göndərilib.

O, hakim Ədalət və İnkişaf Partiyasını nüfuzdan salmaq üzrə kampaniyaların təşkil edilməsində iştirakda şübhəli bilinir.

İlker Başbuğ 2010-cu ildə istefaya göndərilib. Hazırda onun hökumətə qarşı yaradılan "Ergenekon" adlanan qrupla əlaqələrinin olub-olmadığı yoxlanılır.

Xəbər lenti

Xəbər lenti