...

Aİ-nin nümayəndə heyəti viza rejiminin sadələşdirilməsi məsələsinin müzakirəsi üçün Azərbaycana gələcək

Siyasət Materials 13 Yanvar 2012 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar / Trend, müxbir V.Javoronkova /

Aİ və Azərbaycan fevralın əvvəlində viza rejiminin sadələşdirilməsi üzrə danışıqlara başlayacaq. Trend-in məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəsi Rolan Kobia cümə günü jurnalistlərə bildirib.

"Aİ-nin nümayəndə heyəti həmin məsələlərin müzakirə edilməsi üçün Azərbaycana gələcək", - Kobia deyib.

Onun sözlərinə görə, bu prosedur sayəsində Azərbaycan vətəndaşları Aİ ölkələrinə daha asan səfər edə biləcəklər. Kobia bildirib ki, viza rejiminin sadələşdirilməsi vizaların verilməsi müddətinin azaldılmasını, vizaların dəyərinin mümkün azaldılmasını, eləcə də vizaların aktivlik müddətinin artırılmasını nəzərdə tutur.

Ötən ilin dekabrında Aİ Nazirlər Şurası Azərbaycan və Ermənistanla viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında danışıqlara başlamağa icazə verən qərar qəbul edib. Qərar Şuranın Brüsseldə keçirilən iclasında qəbul edilib.

Komissiya iki ölkə ilə danışıqların başa çatdığını qərara alan kimi AŞ parlament əksəriyyətinin öz razılığını verməli olacağı sazişin imzalanması və bağlanması haqqında qərar qəbul etməlidir. Daha sonra Avropa Parlamenti həmin sənədləri təsdiqləməlidir.

Xəbər lenti

Xəbər lenti