...

Amerika qəzetində Azərbaycan-ABŞ hərbi əməkdaşlığı barədə məqalə dərc olunub

Siyasət Materials 18 Yanvar 2012 10:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

Bu ay Azərbaycanın Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Ramiz Nəcəfovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-ABŞ strateji tərəfdaşlığının vacib elementlərindən biri olan müdafiə məsələləri üzrə ikitərəfli məsləhələtləşmələrdə iştirak etmək üçün Vaşinqtona səfər edib. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın "The Sacramento bee" qəzetində Azərbaycanın ABŞ-dakı səfirliyi adından dərc olunmuş "Müdafiə və təhlükəsizlik sahəsində Azərbaycan-ABŞ əməkdaşlığının uğurlu onilliyi" adlı məqalədə deyilir.

Materialda bildirilir ki, bu il Azərbaycanla ABŞ arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün formal çərçivənin qurulmasının 10 illiyi qeyd olunur.

"Növbə ilə Bakıda və Vaşinqtonda keçirilən illik məsləhətləşmələrin məqsədi ikitərəfli müdafiə əməkdaşlığının bütün spektrinin icmalı və amerikalı həmkarlarla gələcək planların müəyyən edilməsidir", - məqalədə bildirilir.

2002-ci ildən təhlükəsizlik sahəsində müdafiə və əməkdaşlıq məsələləri üzrə ikitərəfli əlaqələr yeni səviyyəyə çatdırılıb ki, bu da iki ölkə arasında əlaqələrin möhkəmlənməsini və regionda Azərbaycanın rolunun artdığını göstərir.

"Azərbaycan ABŞ-ın etibarlı dostu və beynəlxalq terrorizmlə mübarizədə və regionda təhlükəsizliyə yardım üzrə səylərdə güclü müttəfiqidir. 11 sentyabr terror aktlarından dərhal sonra Azərbaycan Əfqanıstandakı hərbi əməliyyatlar üçün hava məkanından və aeroportlarından istifadəni təmin edərək ABŞ-a terrorla müharibədə qeyd-şərtsiz yardım göstərməyi təklif edən ilk ölkələrdən biri oldu", - materialda qeyd olunur.

Bu gün Şimal paylayıcı şəbəkənin əsas elementlərindən biri olan Azərbaycan Əfqanıstandakı ABŞ və koalisiya qüvvələri üçün quru, hava və hərbi dəniz tranzitinin təxminən 40 faizini təmin edir.

Xəbər lenti

Xəbər lenti