Azərbaycan, Bakı, 18 yanvar /Trend/
Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Radek Matulanı qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, görüş zamanı ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olunub və səfir ölkəsinin Azərbaycan Respublikasına yeni təyin olunmuş hərbi attaşesini nazirə təqdim edib.
Görüşdə Matula ölkəsinin müdafiə nazirinin Çexiya Respublikasına rəsmi səfərə dəvət edilməsi ilə bağlı məktubunu Azərbaycanın müdafiə nazirinə çatdırıb.