...

YAP gənclərin İKT biliklərinin artırılmasına kömək edir

Siyasət Materials 1 Mart 2012 11:19 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin qərargahında gənclərin İKT biliklərinin artırılması məqsədilə iki günlük seminar keçirilir.
YAP gənclərin İKT biliklərinin artırılmasına kömək edir

Azərbaycan, Bakı, 1 mart /Trend/

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin qərargahında gənclərin İKT biliklərinin artırılması məqsədilə iki günlük seminar keçirilir.

YAP Gənclər Birliyinin sədri Seymur Orucovun Trend-ə verdiyi məlumata görə, seminar çərçivəsində gənclər rəqəmsal dünyanın yeni nailiyyətlərini daha dərindən mənimsəmək, sosial şəbəkələrdə fəaliyyəti səmərəli şəkildə qurmaq, elektron ünsiyyəti intensivləşdirmək və digər mövzularda üç müxtəlif qrupda işi davam etdirəcəklər.

I qrup İKT texniki seminarı YAP GB-nin sədr müavini Aygün Əliyeva, II qrup İKT nəzəri seminarı YAP GB-nin sədr müavini Samirə Quliyeva və Sərraf Hüseynov, III qrup İKT ideoloji seminarı isə YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı aparıb.

I qrup İKT texniki seminarında gənclər internetdən istifadə, ondan müxtəlif formada istifadə qaydalarını öyrəniblər. II qrup İKT nəzəri seminarında gənclər sosial şəbəkələrə müxtəlif prizmalardan yanaşmağa çalışıblar. III qrup İKT ideoloji seminarında isə millət vəkili Mübariz Qurbanlı ölkədə aparılan ideoloji işlər və onların uğurları barədə gənclərə ətraflı məlumat verib.

Hər üç bölmədə gənclərlə müxtəlif mövzular ətrafında müzakirə aparılıb, qarşılıqlı fikir mübadiləsi edilib.

Xəbər lenti

Xəbər lenti