...

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin "beyin mərkəzləri"nin Bakı bəyannaməsi qəbul edilib

Siyasət Materials 3 Mart 2012 15:36 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin "beyin mərkəzləri"nin IV forumunun 2014-cü ildə Pakistanın İslamabad şəhərində keçirilməsi haqqında razılıq əldə olunub.
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin "beyin mərkəzləri"nin Bakı bəyannaməsi qəbul edilib

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir M.Əliyev/

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin "beyin mərkəzləri"nin IV forumunun 2014-cü ildə Pakistanın İslamabad şəhərində keçirilməsi haqqında razılıq əldə olunub.

Trend-in məlumatına görə, bu barədə razılıq İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin "beyin mərkəzləri"nin "İƏT ölkələrində dəyişikliklər və transformasiya" mövzusunda Bakıda keçirilən III forumunun sonunda əldə olunub.

Forum İƏT-ə üzv ölkələrin "beyin mərkəzləri"nin yekun bəyannaməsinin imzalanması ilə işini başa çatdırıb.

Bəyannamədə bu cür forumların İƏT ölkələrinin inkişafına töhfə verdiyi vurğulanır, təşkilata üzv olan bütün ölkələrin ərazi bütövlüyü təsdiqlənir. Bundan başqa, İƏT ölkələri təşkilata üzv ölkələrin "beyin mərkəzləri"nin tədqiqatları çərçivəsində əməkdaşlıq etmək niyyətini təsdiqləyir, İslam ölkələri arasında təhsil proqramları mübadilələrinin və diplomların qarşılıqlı tanınmasının vacibliyini qeyd edirlər.

Tərəflər İƏT-ə üzv ölkələrin "beyin mərkəzləri" arasında əməkdaşlığı gücləndirmək, müxtəlif birgə layihələr həyata keçirmək, İƏT-ə üzv ölkələrin inkişaf strategiyasını hazırlamaq məqsədilə İslam İnkişaf Bankı əsasında baş ofisi Bakıda yerləşən Beynəlxalq Tədqiqatlar Mərkəzi yaratmaq, birgə jurnal nəşr etmək və birgə tədqiqatlar həyata keçirmək barədə razılığa gəliblər.

Bundan başqa, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Misir, Pakistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanın müvafiq mərkəzləri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Xəbər lenti

Xəbər lenti