...

Azərbaycan səfiri Cənubi Afrikanın enerji naziri ilə görüşüb

Siyasət Materials 5 Mart 2012 23:17 (UTC +04:00)
Bazar ertəsi Azərbaycannın Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov ölkənin Enerji Naziri xanım Elizabet Dipuo Peters ilə tanışlıq görüş keçirmişdir. Bu barədə Trend-ə səfirlikdən bildirilib.
Azərbaycan səfiri Cənubi Afrikanın enerji naziri ilə görüşüb

Azərbaycan, Bakı, 5 mart / Trend /

Bazar ertəsi Azərbaycannın Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov ölkənin Enerji Naziri xanım Elizabet Dipuo Peters ilə tanışlıq görüş keçirmişdir. Bu barədə Trend-ə səfirlikdən bildirilib.

Səfir E.Poluxovu Azərbaycan Respublikasının CAR-da Səfirliyinin açılması ilə əlaqədar təbrik edən Nazir E. Dipuo, bununla ölkələr arasında münasibətlərin daha da intensivləşəcəyinə inandığını söyləmişdir. Rəhbərlik etdiyi Nazirliyinin enerji sahəsində fəaliyyət göstərən bir sıra dövlət sahibkarlığında olan müəssisələrin işini tənzimlədiyini bildirən xanım Dipuo, bir çox ölkələrlə əlaqəli olduğunu və bu ölkələr sırasında Azərbaycanı da görmək istədiyini demişdir.

Öz növbəsində səfir E.Poluxov səmimi təbrikə görə minnətdarlığını bildirmiş və fəaliyyəti müddətdə ölkələr arasında, o cümlədən enerji sahədə münasibətlərin daha da dərinləşməsinə qulluq edəcəyini demişdir. Azərbaycanın dünyanın ən qədim neft hasil edən ərazi olması ilə yanaşı, ölkənin bu sahədə geniş təcrübəyə malik olduğunu və hazırda qlobal neft və qaz bazarında öz mühüm yerini tutduğunu da bildirilmişdir. CAR-ın Enerji Nazirliyi ilə Azərbaycanın Sənaye və Energetika Nazirliyi arasında əlaqələrin yaradılmasının zəruriliyini söyləyən E.Poluxov qarşılıqlı səfərlərin həyata keçirilməsi vacibliyini dilə gətirmişdir.

Cavab olaraq Nazir Dipuo ölkəsinin Azərbaycanın təcrübəsindən bəhrələnməkdən maraqlı olduğunu və bunun üçün müxtəlif birgə və çoxtərəfli layihələrin həyata keçirilməsinin zəruriliyini vurğulayaraq, bu istiqamətdə intensiv işlərin həyata keçirilməsinin vacibliyini vurğulamışdır.

Sonra E.Poluxov Azərbaycanda gedən siyasi və iqtisadi proseslər, Ermənistanın Azərbaycana qaşı təcavüzü və onun acı nəticələri, ölkənin müstəqilliyinin əldə etdiyi iyirmi il dövründə keçdiyi uğurlu yol barədə ətraflı məlumat vermişdir. Görüşün sonunda E.Poluxov Nazir Dipuoya neftlə çəkilmiş rəsm hədiyə etmişdir.

Xəbər lenti

Xəbər lenti