Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Daxili Qoşunlarının komandanı əsgər ölümləri ilə bağlı məsələyə aydınlıq gətirib.
"Daxili Qoşunlarda əsgər ölümləri çox azdır. Xəstəliklə əlaqədar ölüm halları olur. Problemlərimiz budur. Xəstəlikləri hər il təhlil edirik. Xəstəliklərin səbəblərini müəyyənləşdiririk. Bəzi hallarda mülki sahədən Daxili Qoşunlara gələn insanların diaqnozunu düzgün qoymurlar. Burada onları yoxlayırıq və qarşısını almağa çalışırıq. Bəzi xəstəliklər var ki, bir neçə aydan sonra üzə çıxır", - Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının komandanı Zakir Həsənov çərşənbə günü keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əsgərlər üçün lazımi şərait yaradılıb.