...

Sevinc Həsənova: Azərbaycan Avropa İttifaqı ölkələri ilə geniş ticarət əlaqələri qurur

Siyasət Materials 2 Aprel 2012 13:01 (UTC +04:00)
Bu gün dünyada artan beynəlxalq rəqabətə davamlı və şəffaf əməkdaşlığı təmin etmək üçün Azərbaycan Avropa İttifaqı ölkələri ilə geniş ticarət əlaqələri qurur.
Sevinc Həsənova: Azərbaycan Avropa İttifaqı ölkələri ilə geniş ticarət əlaqələri qurur

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir M.Əliyev/

Bu gün dünyada artan beynəlxalq rəqabətə davamlı və şəffaf əməkdaşlığı təmin etmək üçün Azərbaycan Avropa İttifaqı ölkələri ilə geniş ticarət əlaqələri qurur. Bu gün dünyanın 27 ölkəsində 650 yaxın Azərbaycan şirkətləri fəaliyyət göstərir. Trend-in məlumatına görə, bunu iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bazar ertəsi Bakıda keçirilən Avronest PA-nın İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasətləri ilə uyğunluq üzrə komitəsinin iclasında çıxışı zamanı deyib.

Həsənova bildirib ki, 2007-ci ildən Aİ-nin qonşuluq siyasəti Azərbaycanda da uğurla icra olunur. Bu illər ərzində birgə əməkdaşlıq çərçivəsində 8 tvinning layihəsi tamamlanıb, 7-si hazırda icradadır, 6 tvinninq layihəsi isə hazırlanacaq. 1995-ci ildən Azərbaycana 120 milyard dollar həcmində sərmayə qoyulub ki, onun da yarısı xarici sərmayələrin payına düşür. Son 8 ildə Azərbaycanda ÜDM 3 dəfə, dövlət büdcəsinin gəlirləri isə 13 dəfə artıb. Ölkədə yoxsulluğun səviyyəsi 7,2 faizə düşüb ki, bu da ötən illlərlə müqayisədə çox aşağı göstəricidir.

Nazir müavini, həmçinin deyib ki, ölkədə özəl sektorun inkişafına da fikir verilir. Lakin Azərbaycanın hələ də bir çox problemləri və çətinlikləri qalıb. Bu gün Azərbaycanın 20 faiz torpağının işğal altında qalması və 1 milyon qaçqın və köçkünün olması həm ölkə iqtisadiyyatına, həm də ümumilikdə regionun inkişafına mənfi təsir göstərir. Azərbnaycanın yaxın 10 ildə ən mühüm məqsədi orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməkdir.

Erməni deputatlar Həsənovanın Azərbaycan torpaqlarının işğalda olmasına dair fikrinə narazılıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti