...

Ermənistan hakimiyyəti seçiciləri pulla alır

Siyasət Materials 2 Aprel 2012 20:24 (UTC +04:00)
Ermənistanda parlament seçkisi öncəsi hakimiyyət yeni təbliğat texnologiyası müəyyənləşdirib.
Ermənistan hakimiyyəti seçiciləri pulla alır

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Ermənistanda parlament seçkisi öncəsi hakimiyyət yeni təbliğat texnologiyası müəyyənləşdirib.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu günlərdə hakim Respublika Partiyası və "Çiçəklənən Ermənistan"ın seçki qərargahlarının nümayəndələri seçicilərin evlərini gəzir, onları ələ almağa çalışır, eyni zamanda, insanlar arasında seçkiyə qarşı laqeydlik yaratmağa çalışırlar.

Xüsusilə, hakim partiyanın nümayəndələri seçicilərə Respublika Partiyası nümayəndələrinin "onsuz da 60-70% səslə qələbə qazanacağını" söyləyir, "Çiçəklənən Ermənistan"ın nümayəndələri isə seçicilərə pul paylanacağını vəd edir: "Bu təbliğatda məqsəd yalnız seçiciləri pulla ələ almaq yox, həm də insanların mümkün qədər seçkiyə az qatılmasına nail olmaqdır. Onlar çalışırlar ki, seçicilər "Onsuz da hamısı eynidir" düşüncəsi ilə seçkiyə getməsinlər. Çünki bu, səsvermənin nəticələrini saxtalaşdırmağa daha geniş imkanlar yaradacaq".

Xəbər lenti

Xəbər lenti