...

Avronest PA-nın iclasında Ermənistanın Metsamor AES-nin region üçün törətdiyi təhlükə məsələsi qaldırılıb

Siyasət Materials 3 Aprel 2012 17:32 (UTC +04:00)
Avronest PA-nın Bakıda keçirilən plenar iclasında Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) region üçün törətdiyi təhlükə məsələsi qaldırılıb
Avronest PA-nın iclasında Ermənistanın Metsamor AES-nin region üçün törətdiyi təhlükə məsələsi qaldırılıb

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir M.Əliyev/

Avronest PA-nın Bakıda keçirilən plenar iclasında Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) region üçün törətdiyi təhlükə məsələsi qaldırılıb.

Trend-in məlumatına görə, iclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Fərəc Quliyev bildirib ki, Ermənistanda fəaliyyət göstərən Metsamor AES region üçün təhlükəlidir.

"Biz Avronest çərçivəsində ekologiyadan danışırıq. Amma Ermənistanda fəaliyyət göstərən Metsamor AES region üçün təhlükə mənbəyidir", - o deyib.

Ermənistan nümayəndə heyətinin rəhbəri Vahan Ohanesyan buna cavab olaraq bildirib ki, Metsamor AES-in iş prinsipinin dəyişdirilməsi variantları üzərində müzakirələr aparılır.

"Biz çalışırıq ki, bu stansiya ekoloji təhlükəsiz rejimdə işləsin", - o deyib.

Erməni deputat eyni zamanda qeyd edib ki, blokada şəraitində yaşayan ölkəni bu məsələdə günahlandırmaq düzgün deyil.

Xəbər lenti

Xəbər lenti