Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir M.Əliyev/
Milli Məclis İsa Nəcəfovun Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsini təsdiqləyib.
Milli Məclisin iclasında Nəcəfovu təqdim edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, İsa Nəcəfov uzun illərdir Azərbaycan hüquq sistemində müvəffəqiyyətlə çalışır. Hüseynli qeyd edib ki, onun dövlətçiliyə sadiq mövqeyi var.
İsa Nəcəfov 15 il müddətinə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.
İsa Nəcəfovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi təsdiqlənib
Milli Məclis İsa Nəcəfovun Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsini təsdiqləyib.
