...

Azərbaycan Cənubi Osetiyada keçirilən qondarma "prezident seçkiləri"ni tanımır - XİN

Siyasət Materials 10 Aprel 2012 16:12 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cənubi Osetiyada keçirilən qondarma "prezident seçkiləri"ni tanımır.
Azərbaycan Cənubi Osetiyada keçirilən qondarma "prezident seçkiləri"ni tanımır - XİN

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir S. Ağayeva/

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cənubi Osetiyada keçirilən qondarma "prezident seçkiləri"ni tanımır. Bu barədə çərşənbə axşamı Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

"Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək aprelin 8-də Gürcüstanın Tsxinvali bölgəsində - Cənubi Osetiyada keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımır" , - o deyib.

Abdullayev qeyd edib ki, Azərbaycan XİN münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır.

Cənubi Osetiyada keçirilmiş qondarma "prezident seçkiləri"nin ikinci turu dünən baş tutub. Seçkilərdə regionun DTK-nın keçmiş rəhbəri Leonid Tibilov qalib gəlib.

Xəbər lenti

Xəbər lenti