...

Kommunistlər erməni uşaqların rus məktəblərinə getmələrinə qoyulan qadağanın aradan qaldırılmasına tərəfdardır

Siyasət Materials 10 Aprel 2012 17:39 (UTC +04:00)
Ermənistan Kommunist Partiyasının seçkiqabağı proqramının üstünlüklərindən biri respublikanın erməni milliyyətindən olan vətəndaşlarının uşaqlarının rus məktəblərində təhsil almalarına qoyulmuş qadağanın aradan qaldırılmasıdır.
Kommunistlər erməni uşaqların rus məktəblərinə getmələrinə qoyulan qadağanın aradan qaldırılmasına tərəfdardır

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Ermənistan Kommunist Partiyasının seçkiqabağı proqramının üstünlüklərindən biri respublikanın erməni milliyyətindən olan vətəndaşlarının uşaqlarının rus məktəblərində təhsil almalarına qoyulmuş qadağanın aradan qaldırılmasıdır.

Trend-in Ermənistan KİV-ə istinadən yaydığı məlumata görə, bunu aprelin 9-da keçirlən mətbuat konfransında Ermənistan KP MK-nin birinci katibi Ruben Tovmasyan bəyan edib.

Onun sözlərinə görə, dəyişiklik erməni məktəblilərə Rusiyanın ali məktəblərində oxumaq imkanı vermək, eləcə də respublikadakı Rusiya şirkətlərində çalışmaq üçün kadrların hazırlanması məqsədi daşıyır.

Erməni uşaqlar üçün rus məktəblərinin açılması təşəbbüsünün ardınca, ümumiyyətlə, Rusiya ilə birləşmək təklifinin gəlib-gəlməyəcəyinə dair suala cavab verən Tovmasyan qeyd edib: "Əgər mən superkommunist olsam belə, heç vaxt Ermənistanın Rusiya ilə birləşməsinə razı olmaram. Lakin EKP Rusiya ilə dost, isti, yaxşı münasibətlərin tərəfdarı kimi çıxış edir və dərk etmək lazımdır ki, əgər Rusiyanın 102 saylı hərbi bazası Gümrüdən çıxarılsa, bu, Ermənistanın sonunun başlanğıcı olacaq".

Xəbər lenti

Xəbər lenti