...

Məmməd Səid Ordubadinin 140 illik yubileyi keçiriləcək

Siyasət Materials 10 Aprel 2012 19:13 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Məmməd Səid Ordubadinin 140 illik yubileyi haqqında sərəncam imzalayıb.
Məmməd Səid Ordubadinin 140 illik yubileyi keçiriləcək

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Məmməd Səid Ordubadinin 140 illik yubileyi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Məmməd Səid Ordubadinin 140 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2012-ci ildə görkəmli Azərbaycan yazıçısı, şair, dramaturq, publisist və ictimai xadim Məmməd Səid Ordubadinin anadan olmasının 140 ili tamam olur.

Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisidir. Çoxşaxəli ədəbi fəaliyyət göstərən və bir çox məşhur operaların librettosunun müəllifi olan sənətkar həmçinin dövrün mühüm ictimai-siyasi hadisələrini zəngin faktlar, sənədlər əsasında dolğun əks etdirən əsərləri ilə tanınır.

Xəbər lenti

Xəbər lenti